İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs BAŞLADI

İsrail və HAMAS arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Qəzza zolağında HAMAS ilə İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib. Əldə olunan razılaşmaya görə, Qəzzaya hücumlar müvəqqəti dayandırılacaq, əsir mübadiləsi və humanitar yardımlar təmin ediləcək.