Sabahinfo.az xəbər verir ki, Knesset sədri İsrail vətəndaşları olan efiopiyalıların etiraz aksiyalarına davam edəcəyi halda ölkənin vətəndaş müharibəsinin bir addımlığına gələcəyini söyləyib.
Edelstayn tərəfləri sakit olmağa çağırıb. "İsrail dövləti immiqrantların cəmiyyətə inteqrasiya olunması üçün yaxşı bir nümunəyə çevrilib. Gəlin bunu davam etdirək”, - Knesset sədri deyib.
Xatırladaq ki, etiraz aksiyaların başlanması üçün səbəb polisin Efiopiya əsilli qaradərili hərbi qulluqçu Damas Pakadonu döyməsi olub. Hadisə 26 aprel axşamı baş verib. Aprelin 30-da polisin özbaşınalığına qarşı etiraz aksiyası Yerusəlimdə keçirilib.
Mayin 3-də isə İsrailin paytaxtı Təl-Əvivdə kütləvi etiraz aksiyası təşkil edilib. Ümumilikdə İshak Rabin meydanında təşkil edilən aksiyada 10 mindən çox adam iştirak edib. Dinc etiraz kimi başlayan nümayiş daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalara çevrilib. Aksiya iştirakçıları bir neçə qrupa bölünərək kafe və mağazaları dağıtmağa başlayıblar. Hətta aksiyanın bir neçə iştirakçısı meydanın yaxınlığında yerləşən Tel-Əviv meriyasına daxil olmağa çalışıb.
Qarşıdurmalarda 23-ü polis 46 nəfər yaralanıb, 26 nümayişçi saxlanılıb.