Tez-tez olmasa da, nasazlıq səbəbi ilə yollarda qalan avtomobillərə rast gəlinir. Hətta bununla bağlı təhlükəsiz şəhər kameralaraına düşən görüntülər də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paylaşılır.
Sabahinfo.az Xezerxeber.az-a istinadən məlumat verir ki, məsələ ilə bağlı usta Pərviz İsmayılov hesab edir ki, isti havalarda avtomobillərin yolda qalması yanacaq nasosu problemi ilə bağlıdır. Amma bu detal sıradan çıxmazdan əvvəl bir neçə əlamətlə özünü büruzə verir.
Belə vəziyyətdə avtomobilin mühərriki qəfil sönə bilər. Bu isə həm təhlükəli, həm də baha başa gələ biləcək sonluqla nəticələnir. Usta deyir ki, adətən belə hal ən çox da stabil sürətlə uzaq yola çıxanda baş verir.
Usta hesab edir ki, nisbətən ili köhnə olan avtomobillərin sürücüləri mütəmadi olaraq nasosun təzyiqini yoxlatmalı və yanacaq filtrini vaxtında dəyişməklə bu problemin qarşısını ala bilərlər.