İsveç Türkiyə ilə qardaş ölkədə axtarışda olan şəxsin ektradisiyası barədə ilk razılığa gəlib.
Türkiyə tərəfindən dələduzluq səbəbndən qırmızı bülletenlə axtarılan 35 yaşlı şəxsin ölkəyə təhvil veriləcəyi bildirilib.
İsveçin ədliyyə və daxili işlər naziri Morqan Yohansson Ali Məhkəmənin qərarını qiymətləndirərkən bunun adi bir vəziyyət olduğuna diqqət çəkib.
Qeyd olunub ki, 2011-ci ildən İsveçdə yaşayan və bu müddət ərzində sığınacaq üçün müraciət edən şəxs dələduzluq ittihamı ilə Türkiyədə 14 il həbs cəzası alıb.
Sözügedən şəxsin Türkiyəyə ekstradisiya edilməmək üçün xristianlığı qəbul etdiyi vurğulanıb.