Jurnalist Müdafiə naziri tərəfindən Fəxri Fərmanla təltif edilib

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə iyunun 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən Fəxri Fərmanla təltif edilib.

Fəxri Fərmanda “Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə təltif olunur”,-deyə qeyd olunub.

Fuad Hüseynzadə özünün sosial şəbəkə proflində “Fəaliyyətimizə göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova təşəkkür edirik”,-deyə paylaşım edib.