Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Emil Ağayevin məhkəmə prosesi davam etdirilib.
Sabahinfo.az Unikal-a istinadən xəbər verir ki, Emil Ağayev ev tikintisi adı ilə 7 nəfərdən 300 min manata qədər dələduzluq yolu ilə pul alıb.
Qeyd edək ki, cinayət işində idmançı Kamil Zeynallı zərərçəkmiş qismində tanınıb. Ona qarşı 20 min manatlıq dələduzluq cinayəti əməli törədilib. Kamil Zeynallı ziyanı odənilməsədə 20 min manatı Emilə bağışladığını bildirdi: "Sən nə qədər pulsuz insanların ümidlərini puç edəcəksən, mən istəmirəm, qoy getsin həbsə".
Təqsirləndirilən isə zərərçəkənə qarşı mülki iddia ilə çıxış etdi: "Kamil Zeynallını tanıyandan sonra biznesim çöküb. Kamil Zeynallı şoumendir. Bu, qaziləri mənim qapıma göndərirdi".
Hakim Kamil Zeynallıdan başqa digər zərərçəkənlərdən onlara qarş Kamil tərəfindən təzyiq olduğunu soruşdu. Zərərçəkənlər heç bir təzyiq olmadığını bildirdi.
Kamil Zeynallı: "Bunun bir şilləlik canı yoxdur, bu yalan danışır. Arvad-uşağını camaatın qabağına niyə çıxardırdım".
Sonra digər zərərçəkənlər dindirildi.