Kanada Baş nazirinin müavini Kristia Friland NATO-nun yeni Baş katibi ola bilər.
Sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, o, bu vəzifəyə real namizədlərdən biri hesab olunur.
Məlumata görə, ən azı 4 müxtəlif mənbə K.Frilandın Alyansın yeni lideri ola biləcəyini mümkün hesab edir.
NATO-nun yüksək rütbəli rəsmisinin sözlərinə görə, Alyansın növbəti Baş katibinin qadın olması ehtimalı güclüdür.
Digər mümkün namizədlər arasında Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç, Litvanın eks-prezidenti Dalia Qribauskayte, Estoniyanın sabiq dövlət başçısı Kersti Kalyulayd və Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson var.
Qeyd edək ki, NATO-ya 2014-cü ildən norveçli diplomat Yens Stoltenberq rəhbərlik edir. Onun səlahiyyət müddəti bu ilin sentyabr ayında başa çatmalı idi. Lakin Y.Stoltenberq vəzifədə daha 1 il - 2023-cü ilədək qalacaq. Buna səbəb kimi Ukrayna ilə Rusiya arasında davam edən müharibə göstərilir.