Keçmiş məhkum 15 min manatlıq dələduzluq etdi

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə bir nəfərin aldadılaraq 15000 manatının alınması barədə məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Bağırov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.