Keçmiş məhkum yenidən narkotiklə tutuldu 

Mehdiabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdən 1 kiloqramdan artıq heroin aşkar edilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi (RPİ) Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Tərlan Bahadır oğlu Məmmədov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.