Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.08.2023-ci il tarixdən icrasına başlanan "Kənd təsərrüfatının iqtisadiyyatımızda əhəmiyyətli rolu, məşğulluğun və ərzaq təhlükəsizliyinin təmin edilməsi" layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib.
Tədbir okyabr ayının 9-undan oktaybr ayının 11-inə qədər Qazax rayon Dövlət Sosial İqtisad kollecində, Bakı Dövlət universitetinin Qazax filialında, Ağstafa şəhər Gənclər Evində və Ağstafa şəhər 1 saylı tam orta məktəbində kənd təsərrüfatının iqtisadiyyatımızda əhəmiyyətli rolu mövzusu istiqamətində diskusiya xarakterli tədbirlər keçirilmişdir.Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri,rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, müəllim və şagirdlər və həmçinin rayonda kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənclər iştirak etdilər.İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verdi.Çıxışı zamanı bildirdiki, hər bir Azərbaycan vətəndaşı, gənci kənd təsərrüfatı istehsalı və istehlakı ilə məşğul ola bilər və bunun üçün dövlətimiz hər bir sahibkara xüsusi diqqət və qayğı ilə yanaşır.Kənd təsərrüfatının istehsalı ilə məşğul olmaq istəyən hər bir fərdi sahibkara diqqət və qayğısını göstərirki, bu istiqamətdə atılan addımlar gələcəkdə ölkəmizdə məşğulluğun və ərzaq təhlükəsizliyinin təmin edilməsində öz töfhəsini versin.
Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Fərid Zülfüqara verdi.Təlimçidə öz növbəsində tədbir iştirakçılarına maarifləndirici tövsiyyələrini verdi , tədbir diskusiya şəklində keçdi.
Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər,dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu,layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylandı.