"Keşlə bazarı" kimi tanınan ticarət mərkəzində söküntü işlərinin başlanmasına sayılı günlər qalıb.
Sabahinfo.az xəbər verirt ki, fevralın 1-nə qədər bazar boşaldılmalıdır. Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır.
"Keşlə bazarı"nın satıcılarına Dərnəgüldə yerləşən "Eurohome" tikinti malları bazarında yer ayrılıb. Satıcılar bildirir ki, hazırda orada tikinti işləri gedir: "Bayrama qədər vaxt verilsəydi, yaxşı olardı. Bu boyda bazar oraya necə yerləşəcək?!" - satıcılar deyib.
Satıcıların sözlərinə görə, ticarət mərkəzinin köçürüləcəyi ərazi "Yeni Keşlə bazarı" adlandırılacaq.
Baku TV-nin hazırladığı süjeti təqdim edirik: