Bakı şəhəri, Bəşir Səfəroğlu 191 ünvanda küçədə olan kitab rəfinə Ermənistan haqqında qoyulan kitablarla bağlı araşdırma aparılır.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Hacıyev bildirib ki, araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir.
Qeyd edək ki, Bakı, Bəşir Səfəroğlu 191 ünvanda küçədə olan kitab rəfinə Ermənistan haqqında kitablar qoyublar.