Kitabxanalarda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar stend və kitab sərgiləri hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı “Konstitusiya və Suverenlik İli” adlı stend və kitab sərgiləri hazırlandı.

Stenddə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Konstitusiyasının hazırlamasına rəhbərlik etməsi və Prezident İlham Əliyevin müstəqillik haqqında fikirləri yer almışdır. Noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanununun – ilk Konstitusiyasının 30 illiyi və sentyabrın 27-də 44 günlük Vətən müharibəsində tarixi Qələbənin 5 illiyidir. Stenddə dövlətimizin Əsas Qanunu olan Konstitusiya haqqında məlumat verilir. Bildirilir ki, dövlət suverenliyi bilavasitə cəmiyyətin sabitliyi və bütövlüyünün müəyyən edilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli təmininə, şəxsiyyətin inkişafına yardım göstərir.

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və 2, 3 və 4 №-li kitabxana filiallarında kitab sərgiləri də təşkil olunub.

Sərgilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamı, Azərbaycan Respublikasının Konstitusiyası, dövlət müstəqilliyi, suverenlik, Ulu Öndərin xidmətləri və dövlətçilik təcrübəsini, Prezidentin fəaliyyətini əks etdirən, habelə AXC-nin tarixi haqqında kitablar nümayiş olunur.