Kitabxananın Fəxri oxucularının yaradıcılığı təqdim olunur

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə kitabxananın Fəxri oxucusu, şair Məhəbbət İbrahimova “İstərəm” şeirinə hazırlanmış videoklipləri təqdim etdi.

  Videokliplərdə Aybəniz Gülərin bəstələdiyi mahnını Əməkdar artist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Firuzə İbadova ifa edir, Əlzamin Abdullayev isə şeiri səsləndirir. Şeirdə təbiətlə insanın vəhdədi, onların bənzərliyi və fəqrliliyi tərənnüm edilir. Şeir çoxlarının ürək, duyğularından və qəlblərindən xəbər verir.

Videokliplər aşağıdakı keçiddə nümayiş olunur:

  https://www.youtube.com/watch?v=lSyM35QOuz8

   https://www.youtube.com/watch?v=pZZKkkurcts