Kitabxanaya “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı kitab hədiyyə edildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə “Yaradıcı oxucularımız layihəsi” çərçivəsində ekologiyaya, ətraf mühit problemlərinə və yaşıl enerjiyə həsr olunmuş yeni kitab hədiyyə olundu.

Planetimizdə iqlim şəraitinin pisləşməsinin qarşısının alınması, dünyanın eloloji təhlükəsizliyi, planetin özəlliyinin qorunması, insan sağlamlığı və ərzaq məhsulları ilə bol təminata kimi taleyüklü hədəflərə yönəlib. “Yaşıl enerji”yə keçid bütün dünyada zərurətə çevrilmişdir. İqlim dəyişikliyi ilə mübarizədə vacibdir, bu gün bütün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişikliyi və onun nəticəsində yaranan fəsadların aradan qaldırılmasıdır. 
Bu məsələlər tanınmış alimlər – Nizami Məmmədov və Sevda Məmmədəliyevanın 13 bölmədən ibarət 3 dildə (Azərbaycan, rus, ingilis) nəşr olunan

 “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı elmi-populyar kitabda maraqlı formada oxuculara təqdim edilir.
Kitabda vurğulanıb ki, Azərbaycan haqlı olaraq yaşıl enerji sahəsində lider dövlətlər sırasında olduğunu iddia edir. Qeyd olunur ki, XX əsrin ikinci yarısında bəşəriyyətin gələcəyinin qeyri-müəyyənliyi barədə məlumatlıq dünya inkişaf perspektivlərinin çoxsaylı araşdırmalarına səbəb oldu.

Müəlliflər qeyd edirlər ki, Azərbaycanda qlobal istiləşmə ilə mübarizədə respublikamızın etibarlı enerji tərəfdaşı və beynəlxalq bir¬liyin məsul üzvü kimi rolunu nümayiş et¬dirən “yaşıl” enerji layihələri uğurla həyata keçirilir. 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Sammitinə sədrlik edən ölkəmiz bu nüfuzlu tədbiri iqlim dəyişikliyinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığın reallaşdırılması üçün mühüm platforma olaraq dəyərlən¬dirmişdir.

Kitabın müəllifləri Prezident İlham Əliyevin bərpaolunan enerji potensialının gerçək¬ləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliy¬yəti də əsaslı rolunu qeyd edərək vurğulayırlar ki, Azərbaycan öz resurslarından istifadə etməklə və daha yaşıl gələcəyə təşviq etməklə bərpa olunan mənbələrdə lider ola bilər.
Kitabın redaktoru akademik Urxan Ələkbərovdur.

Kitab müəlliflər tərəfindən ölkəmizin bir çox kitabxanalarına hədiyyə edilib.

Oxucular “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı kitabla təhsil ocaqlarının və Yasamal rayonunun kütləvi kitabxanalarında tanış ola bilərlər. Kitab ətrafında diskussiyalar “dəyirmi masa” ətrafında keçiriləcək.