Azərbaycan millisinin futbolçusu Mahir Emreli daha bir Türkiyə klubunun maraq dairəsinə düşüb.
Oxu.Az xəbər verir ki, xarici mətbuatda yazılanlara əsasən “Qalatasaray” da bu hücumçunu heyətinə qatmaq istəyir.
Xatırladaq k, daha əvvəl Super Liqa klublarından “Başakşəhər” və “Sivasspor”un Mahiri heyətinə qatmaq istədiyi bildirilirdi. Lakin Mahirin məxsus olduğu Polşanın “Legiya” klubu “Sivasspor”un 400 min, “Başakşəhər”in isə 750 min avroluq təklifini geri qaytarıb.
Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə anlaşması 2024-cü ilin yayında başa çatacaq.