Bu gün Ukraynanın paytaxtı Kiyev şəhəri raket atəşinə tutulub və şəhərin müxtəlif hissələrində partlayışlar qeydə alınıb.
Sabahinfo.az xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko "Twitter" hesabında raketlərdən birinin şəhərin Vladimirskaya küçəsinə düşdüyünü yazıb.
Qeyd edək ki, həmin küçədə Ukrayna Təhlükəsizlik Xidmətinin binasının və Vladimir Zelenskinin ofisinin yerləşdiyi bildirilir.