Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Tərtər RİH-də əməliyyat - YENİLƏNİB

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxsin kimliyi bilinib.

Sabahinfo.az xəbər verir ki, korrupsiya faktları ilə bağlı Tərtər RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Tofiq Kərimov saxlanılıb.

***
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Sabahinfo.az xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirib ki, əlavə məlumat veriləcək.