Milyarder Ceff Bezosa məxsus olan “Blue Origin” şirkəti ABŞ Aerokosmik Agentliyini (NASA) məhkəməyə verib. Bezos NASA-nın aya eniş modulunun hazırlanması üzrə tenderi rəqib “SpaceX” şirkətinə verməsindən narazıdır.
Məşhur iş adamı tenderin şərtlərinin pozulduğunu iddia edir.
Qeyd edək ki, onun rəqibi, iş adamı İlon Maskın “SpaceX” şirkəti apreldə NASA ilə Ay missiyası üçün 2.9 milyard dollar dəyərində “Starship” kosmik gəmisinin hazırlanması üzrə müqavilə bağlayıb. “Blue Origin”in analoji layihəsi 5.9 milyard dollar dəyərində olub.