“Köycəğizdəki yanğın da nəzarət altına alınıb” - Etibar Mirzəyev

“Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib. Digər yanğınlar nəzarət altındadır. Artıq Köycəğizdəki yanğın da demək olar ki, nəzarət altına alınıb. Sabah yəqin ki, şad xəbərlər eşidəcəyik”.

Sabahinfo.az xəbər verir ki,  bu sözləri Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Muğlada keçirilən "Böhran Mərkəzi"inin xüsusi iclasında deyib.

Nazir müavini bildirib ki, FHN-in 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar: “Bu ərazidə 77-yə yaxın yanğınsöndürmə avtomobilləri xidməti işlər görüblər. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocaqlarının soyudulması işləri görüblər.

Təsadüfən İlan dağı məntəqəsində yanğın başlayıb. Bizim orda 30-dan artıq avtomobilimiz və 150 nəfərə yaxın şəxsi heyətimiz var idi. Onların cəld müdaxiləsi nəticəsində yanğının böyük əraziyə yayılmasının qarşısı alınıb. Əgər yanğının sondürülməsində bir az gecikmə olsaydı bunun qarşısını almaq çox çətin olacaqdı”. (apa)