Krımda güclü partlayış: sakinlər ərazidən çıxarılır -YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyi Krımın Canköy rayonundakı hərbi hissədə baş vermiş partlayışı təsdiqləyib.

Sabahinfo.az TASS-a istinadən bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, hadisə nəticəsində ciddi itki olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir:

"Hadisənin səbəbləri araşdırılır".

***

Ərazidəki transformator yarımstansiyasında da partlayış olub. 

Sabahinfo.az xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Hazırda yanğın davam edir.

Yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılır.

Bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib.

Məlumata görə, onlar öz maşınları və ya qoşunları ilə birlikdə kəndi tərk edirlər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə edilirlər. 

Xatırladaq ki, daha əvvəl Rusiyaya məxsus silah-sursat anbarında partlayış, ardınca yandığı barədə məlumat yayılmışdı.