Tovuz rayonunda bu ilin iyununda avtomobilin Kür çayıına düşməsi nəticəsində suda boğulan daha bir şəxsin meyiti aşkar edilib.
Sabahinfo.az xəbər verir ki, Kür çayında batan Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Elxan Sadıqovun meyiti tapılıb.
Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.