Kürdəmirin icra başçısı Qocalıda görüş keçirdi

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Qocalı kəndində sakinlərlə görüşüb.

Görüşdə icra başçısının müavini və şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, həmçinin kənd sakinləri iştirak ediblər.

E. Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.