2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Kürdəmir rayonunun Karrar qəsəbəsi, Pirili, Muğanlı xə Xınıslı kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri Əlisahab Əliabbasov, Nurəddin Astanov, Eltac Qaçayev və Nicat Ağarəhimov çıxış ediblər.
Natiqlər Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən bəhs ediblər. Onlar Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən söz açıblar.
Bildirilib ki, seçkilər dövlətin və cəmiyyətin həyatında həlledici rola malikdir. Buna görə də qarşıdan gələn seçkilərdə iştirak olduqca zəruridir.
Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək ölkəmizə parlaq qələbə bəxş edən qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.