Mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağış nəticəsində çaydan güclü sel keçib.
Bu barədə Sabahinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə,Debed çayı Kür çayına töküldüyü üçün, eyni zamanda qonşu Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışlar nəticəsində Kür çayının Tiflis məntəqəsində səviyyənin kəskin artması ilə əlaqədar mayın 26-dan başlayaraq Kür-Qıraqkəsəmən məntəqəsində artım müşahidə olunub.
Qeydə alınan ən yüksək səviyyə 27 may saat 7:00-da 628 sm-ə çatıb, saat 9:00-dan etibarən isə çayda suyun səviyyəsi tədricən azalaraq 598 sm olub.