Azərbaycanlı eko-fəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası davam edir.
Sabahinfo.az xəbər verir ki. bu gün aksiyanın 67-ci günüdür.
Havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib. Bu səhərə də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayan aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Belə ki, aksiyada Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə etiraz olunur.
Onu da qeyd edək ki, aksiya əeçirilən ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.