Laçın-Xankəndi yolu: Aksiya 79 gündür davam edir

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 79-cu günüdür.

Aksiya gecə saatlarında davam etdirilib. Aksi iştirakçıları adəti üzrə növbəti günə də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar. 

Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılması tələb edilən aksiyanın şüarları da dəyişməz olaraq qalır. Belə ki, İştirakçılar “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!”, “Təbiəti qoruyun” kimi şüarlar səsləndirirlər.