Laçın-Xankəndi yolu: Aksiyanın 47-ci günüdür

Azərbaycanlı ekofəallar və könüllü gənclərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki. bu gün aksiyanın başlamasından 47 gün keçir.

İştirakçılardan aldığımız məlumata görə, havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib.

Adəti üzrə, aksiya iştirakçıları növbəti günə Azərbaycanın Dövlət Himninin səsləndirməklə başlayıblar. 

Qeyd edək ki, aksiya Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələbilə keçirilir.