Laçın-Xankəndi yolu: Aksiyanın 61-ci günü

Azərbaycanlı eko-fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 61-ci günüdür.

Havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edir. Aksiya iştirakçıları növbəti günə də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb edilir.