Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası davam edir.
Sabahinfo.az xəbər verir ki. bu gün aksiyanın 68-ci günüdür.
Havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib.
Aksiya iştirakçıları növbəti günə adəti üzrə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.
Aksiyanın tələbləri dəyşməz olaraq qalır: Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoulsun.
Onu da xüsusi olaraq qeyd edək ki, aksiya təşkil olunan ərazi humanitar məqsədlər üçün açıqdır.