Laçın-Xankəndi yolunda aksiya: Tələblər dəyişməz olaraq qalır

Azərbaycanlı eko-fəalların və ictimaiyyət nümayəndələrinin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanını 58-ci günüdür.

İştirakçılardan aldığımız məlumata görə, havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib. Növbəti günə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiya iştirakçıları tələblərində qətidirlər. 

Qeyd edək ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb olunur.