Laçında itkin düşərək həlak olan hərbçi Ağdamda dəfn edilib

2022-ci il martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonunun Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn edilib.

Sabahinfo.az  xəbər verir ki, hərbçinin tabutunun büküldüyü Azərbaycan bayrağı onun atasına təhvil verilib.

Dəfn mərasimində F.Məmmədovun doğmaları, rəsmi şəxslər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.