Laçında polis özünü ehtiyatsızlıqdan öldürdü

Bu gün Laçın RPŞ-nin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb. 

DİN Mətbuat Xidmətindən Sabahinfo.az-a bildirilib ki, hadisə yerində ona ilkin tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.