Lalə Azərtaş tənqidlərə cavab verdi

Aparıcı Lalə Azərtaş ötən günlərdə "Təsir dairəsi" verilişində səsləndirdiyi fikirlərin tənqidlə qarşılanmasına cavab verib.

Sabahinfo.az olay-a istinadən xəbər verir ki, sənətçi elə öz proqramında "İstəyənim qədər, istəməyənim də var, amma həmişə qaməti dik dururam və üzümdən təbəssümümü əskik etmirəm. Zərifcə gülümsəyirəm, bilirəm ki, yaxşı insanlar, yaxşıya dəyər verənlər var" sözlərini deyib.

O, daha sonra fikirlərini məcazi mənada söylədiyini bildirib:

"El dilində "gözün su içdimi?" deyirlər. Sonra bunu yazmayın, göz su içmir, məcazi mənadadır".

Qeyd edək ki, aparıcı proqramda bu fikirləri səsləndirmişdi:

"Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəçəksən".