Lavrovun müavini ilə Ararat Mirzoyan görüşüb

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan görüşüb.

Sabahinfo.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib. Onlar üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə səylərin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

Həmçinin ikitərəfli münasibətlərin dinamikası, xüsusən də ticarət-iqtisadi sahədə əlaqələr müzakirə olunub, regional təhlükəsizlik mövzusuna toxunulub./apa