Lənkərandakı zəlzələ dağıntı törədib? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Sabahinfo.az xəbər verir ki, Lənkəran Rayon İcra Hakimiyyətindən  bildirilib ki, heç bir dağıntı yoxdur.

"Bununla bağlı rayon sakinlərindən icra hakimiyyətinə hər hansı bir müraciət daxil olmayıb", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub. /Trend