Lerik şəhərində vətəndaşların qəbulu keçirilib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarov 9 oktyabr 2024-cü il tarixində Lerik şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda iştirak edən vətəndaşların, o cümlədən şəhid ailələri və qazilərin müraciətləri dinlənilib. Müraciətlər əsasən kənd yollarına asfalt örtüyünün döşənməsi, qazlaşdırılmayan kəndlərin qazlaşdırılması, məktəblərin komplektləşdirilməsi ilə əlaqədar şagirdlərin daşınması, iş yerləri, mənzil və digər sosial problemlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı qeyd olunub.