Lerik rayonunda 60 yaşlı kişi qarlı yolda sürüşərək dərəyə yıxılıb və ölüb.
Sabahinfo.az xəbər verir ki, 1964-cü il təvəllüdlü rayon sakini Fəxrəddin Məhəmməd oğlunun meyiti bu gün kənddən bir qədər aralıda dərədə aşkarlanıb. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmayıb.
Yaxınlarının bildirdiyinə görə, mərhum dünən səhər evdən çıxıb və geri qayıtmayıb. Bu gün səhər ərazidən keçənlər yol kənarında sahibsiz bazarlıq torbaları görüblər. Məlum olub ki, sahibi yoldan dərəyə yıxılıb. Onun donmuş cəsədi tapılıb.
Meyit Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Fakt üzrə Lerik Rrayon Prokurorluğunda araşdırma aparılır.