Leyla Allahverdiyeva: "Xankəndində də üçrəngli bayrağımız dalğalanacaq"

Erməni təxribatlarının qarşısını alınması məqsədilə 23 aprel 2023- cü il tarixində Azərbaycan tərəfi Laçın - Ermənistan sərhəddində nəzarət - buraxılış məntəqəsinin qurulması , dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyevin növbəti diplomatiq qələbəsidir.

Bununla nəhayət Ermənistandan Azərbaycan ərazisinə qeyri - qanuni daşınmalara son qoyulur,bu yoldan istifadə etməklə yarana biləcək təxribatların qarşısına aşılmaz sədd çəkilmiş olur .Yaxın zamanda  həmin yerdə gömrük postunun da qirulacağı barədə qərar verilib.

Bu isə öz növbəsində ölkəmizin müstəqilliyini  təhdit altına almağa çalışan qüvvələrə sərt cavabdır. Doğurdan da bu hadisə çox mühüm siyasi əhəmiyyətli tarixi hadisədir və Xankəndi - Laçın yolunda Azərbaycan bayrağı ucaldılaraq dalğalanmağa başlayır .

İnanırıq ki,çox yaxın zamanda Xankəndində də üçrəngli bayrağımız dalğalanacaq.