Milli Məclisin yaz sessiyasında İntizam komissiyası yenidən müəyyənləşəcək.
Sabahinfo.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi”ndə əksini tapıb.
Layihəyə əsasən, İntizam komissiyasının tərkibi aşağıdakı kimi olacaq:
1. Ağamalı Fəzail Rəhim oğlu;
2. Həsənov Nurlan Urfan oğlu;
3. Həsənova Afət Əbil qızı;
4. İbrahimqızı Məlahət İbrahim qızı;
5. İbrahimov Eldar Rza oğlu;
6. Qafarov Kəmaləddin Nəsrəddin oğlu;
7. Məhəməliyev Nəsib Məhəmməd oğlu;
8. Məmmədov Hikmət Baba oğlu;
9. Məmmədov Məşhur Şahbaz oğlu;
10. Möhbalıyev Səttar Suliddin oğlu;
11.Səfərov Nizami Abdulla oğlu.
Qeyd edək ki, İntizam komissiyasının mərhum deputatı Madər Musayevi Kəmaləddin Qafarov əvəzləyəcək.