Mağazada pirotexniki vasitələr satan şəxs tutuldu

Ərzaq mağazasında pirotexniki vasitələr və aksiz markası olmayan tütün məmulatları satan şəxs saxlanılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan rayon sakini saxlanılıb.

Onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr və aksiz markaları ilə markalanmamış siqaret qutuları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.