“Mahir ay Brat” azadlığa buraxıldı

"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub.

Sabahinfo.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Mahir Qonşuyev 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib, daha sonra məhkəmə zalından azadlığa buraxılıb.