Mahir Emreli klubunu dəyişə bilər

Mahir Emreli Polşada klubunu dəyişə bilər.

Sabahinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu ilə Krakov "Visla"sı yaxından maraqlanır. 

Polşa mətbuatının məlumatına görə, "Visla"nın qışda bir çox oyunçusunu satacağı bildirilib. Bu səbəbdən də Krakov təmsilçisi heyətini gücləndirmək niyyətindədir. Klub Emreli ilə yanaşı, Joel Abu Hanna və Maik Navroçkini də heyətinə cəlb etmək istəyir. Hər üç futbolçu ilə bununla bağlı danışıq aparıldığı da bildirilir. 

Qeyd edək ki, "Visla" 19 turdan sonra 21 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.