Fransa prezidenti Makron Azərbaycana qarşı qəbul olunmaz təhqiramiz yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi .Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırdı.Bununla da faktları manuplyasiya edərək Fransa və dünya ictimaətini caşdırmağa çalışdı. Oktyabrın 14 də Astanada müstəqil dövlətlər birliyinin şurasının iclasında Fransanın Azərbaycana qarşı qərəzli mövqeyini gündəmə gətirən prezident İlham Əliyev bildirdi ki, Fransanın indiki rəhbərliyindən fərqli olaraq əvvəlki rəhbərləri ilə ünsiyyət qurmaq imkanımız vardır və erməni diasporu amilinə baxmayaraq əvvəlki prezidentlerin fəaliyyətini balanslasdırılmış qəbul edirdik.Makronun qərəzli bəyanatından əvvəl də Parisdə Azərbaycanın səfirliyi hədəfə alındı.Makron həmin vaxt prezident İlham Əliyevlə danışığı zamanı bu hadisənin bir də təkrarlanmayacağı və bu hadisə ilə bağlı tədbir görüləcəyini desə də bu hadisələr yenə təkrarlandı. Görsənən bu ki, erməni tərəfi ilə razılaşdırılıb. Vətən müharibəsindən bu günə qədər demokratiya pərdəsi altında gizlənən Fransa antidemokratik mövqe nümaiş etdirərək hər vəcdlə isğalçı Ermənistanın yanında olduğunu sübut edib. Müəyyən vaxtlarda donüş yaradaraq Ermənistanın Azərbaycana bastırdığı minaların təmizlənməsinə kömək edən tərəf kimi Praqa görüşündə iştirak edərək guyə özünə Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasına töhvə vermək istəyən dövlət kimi göstərməyə calışsa da son bəyanatı yenə də Fransanın məkirli siyasətinin iç üzünü açdı. Fransanın bu günkü mövqeyi regional proseslərə mənfi təsir göstərməkdir. Proseslər Erməni tərəfi ilə sülhə getdiyi dövürdə Fransa liderinin bu cür çıxışları sülh prosesinə kölgə salır. Azərbaycan tərəfi də haqlı olaraq sülh prosesi baş tutmazsa, Ermənistan tərəfi götürdüyü öhdəlikləri yerinə yetirməzsə əlbətdəki Azərbaycan tərəfinin adekvat cavabı olacaqdır. Fransa ATƏTİN Minsk qrupunu təmsil edən bir ölkə kimi də 30 il ərzində hecnəyə yaramadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib,hərb meydanında qalib olandan sonra Minsk qrupunun xidmətinə hec ehtiyac da qalmadı. Sonda bununu deyə bilərəm ki ,Azərbaycan prezidenti və Azərbaycan xalqı oz müqəddaratıni özü həll edir. Makron bir milcək kimi könül bulandırsada hec nəyə məkirli oyunları ilə nail ola bilməyəcək . Azərbaycanın Lideri nəyi nə vaxt edəcəyini yaxsı bilir. Biz xalq olaraq Azərbaycan prezidentinin siyasətinə guvənir və dəstəkləyirik. Biz əminik ki, Azərbaycan bütün maneələrə baxmayaraq öz yoluna davam edecek .Ərazi bütövlüyünü tam təmin edəcək.
Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi müxbiri