Malik Həsənov qəbul keçirdi - FOTOLAR

17 yanvar 2025-ci il tarixində Cəlilabad rayonunun Sərhədabad kəndində təsdiq edilmiş qrafikə uyğun olaraq vətəndaşlarla növbəti görüş keçirildi.

Görüş zamanı sakinlər gündəlik həyatlarına təsir edən mühüm məsələlərlə bağlı müraciətlər etdilər. Hər bir müraciət diqqətlə dinlənildi. Qaldırılan məsələlərin bir qismi elə yerindəcə həll olundu. Digər müraciətlərin isə aidiyyəti qurumlara yönləndirilməsi və ən qısa zamanda həll edilməsi üçün müvafiq tədbirlərin görüləcəyi sakinlərə bildirildi.

Malik Həsənov

Milli Məclisin deputatı