
Qeyd edək ki, manatın ucuzlaşması paytaxt sakinləri arasında panikaya səbəb olub. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə dünən əhaliyə müraciət edib. O bildirib ki, manatın ucuzlaşması əhalinin gəlirlərində 100-də bir qəpik qədər hiss olunacaq. "Birrəqəmli inflasiya nəyinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır. Əhalinin seçim imkanları çoxdur. Gəlirlərini müxtəlif valyutalarda saxlaya bilər", - deyə Mərkəzi Bankın sədri bildirib. Elman Rüstəmov bildirib ki, manatın ucuzlaşmasına görə əhalinin narahatlığı və nigarançılığı üçün heç bir əsas yoxdur.