Manatı nə gözləyir?

Manatın ucuzlaşmasından danışanların sırasına daha bir neçə nəfər iqtisadçı qoşulub. Dünya bazarlarında neft qiymətlərinin düşməsindən sonra Azərbaycan Mərkəzi Bankı 16 fevralda dollar siyasətini dəyişdirməsi devalvasiyanın yüngül şəkildə ediləcəyini düşüncəsini doğurur. Mərkəzi Bankı aldığı qərarı "müsbət və lazımlı" olaraq qiymətləndirən iqtisadçılar, 1,4 nisbətindəki illik inflyasiya artımının 2015-ci ildə 10%-ə çatacağı gözlənilir. Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov azad ölkələrdə olduğu kimi Azərbaycan iqtisadiyyatında da problemlərin olduğunu, lakin makroekonomik məlumatların və valyuta ehtiyatının bu problemlərin öhdəsindən gələ biləcək səviyyədə olduğunu bildirib. Mərkəzi Bankın qərarını "zəruri və qaçılmaz" olaraq qiymətləndirən İmanov, bu qərarın həm ölkə iqtisadiyyatına, həm də xalqa fayda verəcəyini güman edir: "Azərbaycan iqtisadiyyatı ilə bağlı verilən qərarların məqsədi inflyasiyanı müəyyən həddə saxlamaqdır. İnflyasiya nə sıfır olacaq, nə də 100. Mənim düşüncəmə görə, bugünkü Azərbaycan iqtisadiyyatı üçün 10% inflyasiya məqbul bir rəqəm olacaq". Nazim İmanov həmçinin ölkə iqtisadiyyatı üçün əhəmiyyətli itki sayılan neft qiymətinin düşməsinə də toxunub: "Neft qiymətlərindəki eniş iqtisadiyyatımızda böyük itkilərə səbəb olacaq. Dövlət büdcəsi neftin 1 barrelinin qiyməti 90 dollardan hesablanıb. İndi isə neftin qiymətinin 55-60 dollar arasında olacağı ehtimal edilir. Bu da büdcəyə ediləcək transfertlərin üçdə biri nisbətində azalma deməkdir", - deyə N.İmanov bildirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Prof. Əvəz Bayramov isə çaxnaşmaya qapılmağa ehtiyac olmadığını deyir. Ə.Bayramov iqtisadiyyatın dayanıqlı olduğunu qeyd edib. Azərbaycanda maliyyə sisteminin dövlət tərəfindən güclü şəkildə qorunduğunu deyən prorektor, ölkə xaricində yaşanan böhranların yalnız istehlakçı bazarında hiss olunduğunu bildirib. Bayramov devalvasiya gözləndiyini söyləyir. "Devalvasiyanın 5-10% nisbətində olacağını düşünürəm. Bu müddət isə birdən deyil, mərhələli şəkildə olacaq. Bundan qorxmağa ehtiyac yoxdur. Neft qiymətlərindəki eniş müəyyən itkilərə səbəb olacaq. Bir çox ölkə bənzər itkilərlə üzləşir. Bundan fəlakət gözləməyə, çaxnaşmaya qapılmağa ehtiyac yoxdur", deyə Ə.Bayramov bildirib.