Abşeron rayonunda həkim intihar edib.
Adalet.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Sarvan İbrahimov yaşadığı Masazır qəsəbəsi Abşeron Gənclər şəhərciyindəki mənzildə çoxsaylı dərman həbləri qəbul edib.
O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, vəfat edib.
S.İbrahimovun stomatoloq kimi fəaliyyət göstərdiyi bildirilir.
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo