MDB Hökumət Başçıları Şurasının növbəti iclası bu şəhərdə keçiriləcək

MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2024-cü ilin mayında Aşqabadda (Türkmənistan) keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Bişkekdə Birlik Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəlcə mayın 24-də görüş təklifi olub, lakin Rusiyanın Baş naziri Mixail Mişustin görüşün mayın 23-nə təyin edilməsini istəyib.

A.Japarov qeyd edib ki, Qırğızıstanın dövlət iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri “yaşıl” iqtisadiyyatın inkişafıdır: “Yaşıl” iqtisadiyyat planları qarşılıqlı əməkdaşlıq yolu ilə həyata keçirilə bilər”.