Mədəni irsin təbliğinə bələdiyyələrin dəstəyi ilə bağlı videoçarx hazırlanıb

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində "Bələdiyyələrin mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə dəstəyi" mövzusunda sosial çarx hazırlayıb.

Vodeoçarxda abidlərin konservasiya və bərpası ilə bağlı beynəlxalq konvensiylar, eləcə də Azərbaycan Respublikasının bu istiqamətdə qoşulduğu konvensiyalar və üzərinə götürdüyü öhdəliklər haqqında məlumat verilir. Həmçinin videoçarxda Azərbaycanda abidələrin mühafizə və qorunması ilə bağlı qanunlardan danışılır, dövlətimizin bu baxımdan atdığı addımlar diqqətə çatıdırılır.

Videoçarxda "Miras"ın layihə çərçivəsində abidələrin mühafizə və qorunması üçün Türkəyə bələdiyyələrinin təcrübələrini öyərnərək yerli bələdiyyələrə təkliflər hazırladığı vurğulanır.

Xatırladaq ki, noyabrın 15-də Bakıda layhə çərçivəsindən yekun tədbirdə bu videoçarx ictimaiyyətə təqdim olunub.